Bir ekosistemlə biznesinizin gücünü artırın

Partyorlar üçün təklif etdiyimiz üstünlüklər

icon

15-20%

Satışlarda artım

icon

6 mln

Müştəriyə birbaşa çıxış

icon

İstifadəyə hazır həllər

Müasir maliyyə alətləri ilə gəlirlərinizi artırın

Kredit məhsullarımız ilə inteqrasiya sayəsində orta alış məbləğini və əməliyyat həcmini artırın. Daxili BirPay həlləri ilə müştəriləriniz alış-veriş anındaca kredit limiti və taksit imkanlarından yararlana biləcək. Bütün bunlar isə daha yuxarı dövriyyə və yüksək satış rəqəmləri deməkdir.

Geniş və loyal auditoriyaya ani çıxış

Ölkənin ən böyük aktiv istifadəçi bazasına çıxış əldə edin. Məhsul və təklifləriniz ekosistem xidmətlərindən hər gün istifadə edən və etibarlı partnyorlardan alış-veriş etməyə hazır olan 6 milyondan çox istifadəçiyə təqdim olunur.

Hazır IT infrastrukturu ilə xərclərinizi və bazara çıxış müddətini azaldın

İndi daxili Fintex infrastrukturunuza milyonlarla investisiya etməyə ehtiyac yoxdur. Biz böyük təcrübə ilə hazırlanan texnoloji modullara çıxış təqdim edirik. Ekosistem təcrübəsini bir neçə gün ərzində biznesinizə inteqrasiya etməyə tələsin.

Ekosistemin əsas məhsulları

Limitsiz fürsətlər üçün Bir bonus

Bir Bonus loyallıq proqramı Birbank, m10 və Birmarket.az-da, eləcə də geniş partnyor şəbəkəsində etdiyin ödənişlərə görə sənə bonuslar qazandıracaq.

Daha ətraflı

Bizimlə olanlar

Gündəlik ödənişlərini və pul köçürmələrini Birbank vasitəsilə sürətli, rahat və onlayn şəkildə həyata keçir

Yango Azərbaycanda taksi xidmətindən daha artıqdır.

Ətraflıarrow

Trendyol geniş seçim və rahat onlayn alış-veriş imkanı təqdim edir.

BakıKart ilə şəhər nəqliyyatından rahat və sürətli istifadə et.

Qoşulma şərtləri

1

Qoşulma günü

0

Qoşulma qiyməti

100%

Əlçatanlıq

Necə tərəfdaş olum

1

"Bir ID ilə daxil ol" düyməsinə kliklə

Bir ekosistemə daxil olun və ya dərhal qeydiyyatdan keçin.

2

Müraciət formasını doldur və göndər

Şirkətiniz haqqında məlumat verin — komandamız sizinlə əlaqə saxlayacaq.

3

İnteqrasiyanı tamamla Merchant Portal üzərindən

Lazımi məhsulları aktivləşdirin və satışa başlayın.

Rahat və sürətli inteqrasiya

Merchant Portal: Mərkəzləşdirilmiş idarəetmə

Şəxsi idarəetmə panelində ekosistem məhsullarını biznes ehtiyaclarınıza uyğun aktiv və ya deaktiv edin. Taksit (BNPL) funksiyasını işə salmaq və ya bonus qəbulunu dayandırmaq tənzimləmələr üzərindən asanlıqla həyata keçirilir.

Çevik konfiqurasiya: Seçim sizin ixtiyarınızdadır

İstifadə etdiyiniz funksiyaları siz özünüz müəyyən edəcəksiniz.

Elastik inkişaf modeli: Biznesinizlə birlikdə inkişaf

Biznesiniz böyüdükcə ekosistem imkanları da genişlənir. Yeni məhsulları əlavə inteqrasiya prosesləri olmadan, ehtiyac yarandığı anda Merchant ID üzərindən aktivləşdirin.